Azərbaycanı AÇ-də iki paraüzgüçü təmsil edəcək
- 15:30
- 30
Türkiyənin Kocaeli şəhərində təşkil olunacaq Avropa çempionatında Azərbaycanı iki paraüzgüçü təmsil edəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Yarışda S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında isə yeniyetmə paraüzgüçü Əli Vəliyev iştirak edəcək.
İdmançılar qitə çempionatında məşqçilər Faiq Əsgərov və Fyodor Kirillovun rəhbərliyi altında mübarizə aparacaqlar.