Azərbaycanı AÇ-də 14 cüdoçu təmsil edəcək
- 16:15
- 25
Sentyabrın 3–6-də Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək gənclər arasında Avropa çempionatında Azərbaycanı 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) təmsil edəcək.
Rekord.az xəbər verir ki, kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq.
Heyəti təqdim edirik:
Qızlar
48 kq
Nərgiz Əhmədova
Gülgəz Musayeva
52 kq
Aysun Məmmədova
57 kq
Aytən Verdiyeva
Xədicə Qədəşova
Oğlanlar
60 kq
Ayxan Mirzəzadə
66 kq
Məhəmməd Musayev
73 kq
Əbil Yusubov
81 kq
Cəsur İbadlı
Mehdi Abbasov
90 kq
Aslan Kotsoyev
Süleyman Şükürov
100 kq
Davud Namazlı
+100 kq
Ramazan Əhmədov