Azərbaycanda daha bir stadion baxımsızlıq ucbatından dağılmaq üzrədir.

Rekord.az xəbər verir ki, söhbət Bərdə stadionundan gedir.

Vaxtı ilə "Pambıqçı"nın, "ABN Bərdə"nin ev oyunlarını keçirdiyi stadion hazırda baxımsız vəziyyətdədir. Tribunalar, soyunub-geyinmə otaqları, ot örtüyü tamamilə sıradan çıxıb. Təəssüf ki, nə rayon rəhbərliyi, nə də aidiyatı digər qurumlar bu məsələ ilə maraqlanmır.