Azərbaycanda “qış transfer pəncərəsi” açıldı
- 04 Yan 2023 15:46
- 505
Futzal üzrə Yüksək Liqada, eləcə də Birinci və İkinci liqalarda iştirak edən klublar üçün “qış transfer pəncərəsi” yanvarın 3-də açılıb.
Rekord.az xəbər verir ki, komandalar yeni transferlərini fevralın 1-i, axşam 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.