07-09 noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Bakı şəhərində cüdo idman növü üzrə dünya çempionatı keçiriləcək.

Rekord.az xəbər verir ki, dünya çempionatında 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir və bu yarış Paris-2024 27-ci Yay Paralimpiya Oyunlarında iştirak üçün lisezniya xalı qazandıracaqdır.

Dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.