Azərbaycanda keçiriləcək dünya kubokunda iştirak edəcək ölkələr bəlli oldu
- 29 May 2026 15:30
- 173
Bakıda təşkil olunacaq aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna təmsilçiləri mübarizə aparacaqlar.
Xatırladaq ki, Dünya Kuboku iyunun 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.