Azərbaycan yığmasının təlim-məşq toplanışı üçün heyəti
- 18:30
- 33
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 17-dən 20-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Rekord.az xəbər verir ki, millimiz Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.
B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bakı toplanışı üçün U-17-yə dəvət olunan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq. Bolqarıstana yollanacaq yekun heyətdə 20 futbolçu qalacaq.
1. Nurəziz Əzizov - Neftçi
2. Bilal Hacıyev - Qarabağ
3. Murad Muradov - Zirə
4. Kamil Həsənov - Neftçi
5. Uğur Qurbanlı - Qarabağ
6. Rəşad Gülüşov - Sabah
7. Səttar Tahirzadə - Marset (İspaniya)
8. Zeyd Nəsirulla - Berliner AK 07 (Almaniya)
9. Atacan Məmmədov - Marset (İspaniya)
10. Muhamməd Çodarov - Marset (İspaniya)
11. İsmayıl Səfərli - Neftçi
12. Əli Kiçibəyov - Turan Tovuz
13. Amin Rzayev - Qarabağ
14. Allahverdi Şirinov - Qəbələ
15. Raul İsaqov - Kəpəz
16. Nihad Hüseynzadə - Sabah
17. Musa Mustafayev - Zirə
18. İbrahim Xəlilov - Sabah
19. Samir Şərifov - Sabah
20. Pünhan Kərimov - Marset (İspaniya)
21. Əli Bəşirov - Qarabağ
22. Rüstəm Hüseynli - Neftçi
23. Kamal Zülfiyev - Sumqayıt
24. Murad Həmidov - Elversberq (Almaniya)
24 mart
17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Mateo Tozan (Sloveniya)
Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya)
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, “Xristo Botev” stadionu
27 mart
13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
30 mart
14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.