Azərbaycan yığmasının keçmiş üzvü dünyasını dəyişdi
- 2022-07-21 17:00
- 1210
Bakıda intihar edən Yolçu Zeynalovun Azərbaycanın boks üzrə yığmasının keçmiş üzvü olması müəyyənləşib.
Rekord.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü Y.Zeynalov iki həftə əvvəl məişət zəminində mübahisədən sonra özünü asıb. Həmin vaxt o, xəstəxanaya yerləşdirilsə də, ötən müddətdə həyatını xilas etmək mümkün olmayıb.
Bu yaxınlarda Y.Zeynalovun toyu olmalı imiş.
Yolçu Zeynalov 75 kq çəki dərəcəsində mübarizə aparıb.