
Azərbaycan yığmasından BƏƏ ilə heç-heçə
- 11 Mar 2023 01:11
- 439
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
Rekord.az xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb.
Millimizin qolunu qarşılaşmanın 36-cı dəqiqəsində Hüseynli Fatiməyi-Zəhra vurub.
Bu komandalar arasında növbəti oyun martın 13-də keçiriləcək.