Təlim-məşq toplanışını Bakı İdman Sarayında davam etdirən futzal üzrə Azərbaycan milli komandası bu gün taktiki çalışmalar yerinə yetirib.

Rekord.az xəbər verir ki, karyerasını ölkə xaricində davam etdirən Tyaqo, Eduardo Borges, Kardoso Everton və Rafael Vilela da dünəndən komandaya qoşulublar.

Yüngül zədəsi olan İsa Atayev artıq yığma ilə birgə məşq edir. Əvəzində Fineo De Arauxo zədələnib və millinin həkimi onun qarşıdakı 2 oyunda komandaya kömək edə bilməyəcəyini bildirib.