
Azərbaycan yığması Türkiyə millisinə məğlub oldu
- 17 İyn 2023 23:39
- 359
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Türkiyədən olan yaşıdları ilə yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, İstanbulda baş tutan oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz növbəti oyununu iyunun 20-də “Dalğa Arena”da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.