
Azərbaycan yığması reytinqdə irəlilədi
- 16 İyn 2023 10:21
- 329
Dünya Minifutbol Federasiyası (WMF) BƏƏ-də keçiriləcək dünya çempionatından öncə milli komandaların reytinq cədvəlini açıqlayıb.
Rekord.az xəbər verir ki, son Avropa çempionatının qalibi olan millimiz yeni açıqlanan sıralamada 5-ci pilləyə yüksəlib.
Reytinq cədvəlinə son dünya çempionu Meksika yığması başçılıq edir. Çexiya futbolçuları 2-ci, rumınlar isə 3-cü pillədə qərarlaşıblar.