Cüdo üzrə qadınlardan ibarət Azərbaycan yığması 10 nəfərlik heyətlə Almaniyanın Köln şəhərində təlim-məşq toplanışına başlayıb.

Rekord.az xəbər verir ki, millimizlə yanaşı, Niderland, Almaniya, İngiltərə, Kosovo və digər ölkələrin qadın cüdoçuları da beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Komandaya məşqçilər Elnur İsmayılov və Kifayət Qasımova rəhbərlik edir. Millimiz daha sonra - iyunun 13-18-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.