Akademik avarçəkmə üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.

Rekord.az xəbər verir ki, idmançılarımız İtaliyada təşkil olunacaq ənənəvi “Paolo De Aloya” reqatasında mübarizə aparacaqlar.

Martın 22-24-də baş tutacaq yarışda Azərbaycanı Ziya Məmmədzadə, Bəhmən Nəsiri, Diana Dımçenko və Murad Sadıqov təmsil edəcəklər. Avarçəkənlər 1 nəfərlik qayıqda qüvvələrini sınayacaqlar.

Diana Dımçenko 2023-cü ildə keçirilən “Paolo De Aloya” reqatasında qızıl medal qazanıb.