Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunun final oyunu baş tutub.

Rekord.az xəbər verir ki, Azərbaycanın U-16 millisi həlledici oyunda ev sahibi Andorra seçməsi ilə qarşılaşıb.

Final oyununa sürətli başlayan yığmamız yekunda rəqibinə 57:45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub.

Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.