Azərbaycan yığmalarının seçmə mərhələdəki rəqibləri bəlli oldu
- 20:20
- 36
Azərbaycanın 17 və 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalarının 2026/2027 mövsümü üzrə Avropa çempionatının I mərhələsindəki rəqibləri müəyyənləşib.
Rekord.az AFFA-ya istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17 İrlandiya, Kosovo və Albaniya yığmaları ilə mübarizə aparacaq.
B Liqasının 3-cü qrupunda qərarlaşan U-19 isə Serbiya, Şimali Makedoniya və Monteneqro seçmələri ilə qarşılaşacaq.
Oyunlar bu ilin payızında baş tutacaq. Matçların keçiriləcəyi ölkələr və tarixlərlə bağlı daha sonra məlumat veriləcək.