Azərbaycanın xizək alpinizmi üzrə milli komandası İspaniya Kubokunda iştirak edib.

Rekord.az xəbər verir ki, idmançılar vertikal növündə öz güclərini sınayıblar.

Yarışda yığma üzvü Nəbiyulla Qalabağıyev 30-a yaxın iştirakçı arasında 4-cü yeri tutub.

Nəbiyulla Qalabağıyev daha əvvəl Fransanın Flaine bölgəsində təşkil edilən Avropa çempionatında eyni növdə 23-cü olub.