
Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarıldı
- 19 Avq 2025 14:00
- 215
Futbol üzrə Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyununun biletləri satışa çıxarılıb.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər kateqoriyalara uyğun olaraq 5, 7, 10, 20, 30 və 200 manatdır.
Azarkeşlər biletlər İtictek.az saytından və satış mənqələrindən əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.