Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Pakistanın Lahor şəhərində keçirilən Asiya Regionu üzrə 8-ci Prezident Kubokunda mükafatçılar sırasına düşüb.

Bu barədə Rekord.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

İdmançı 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Xatırladaq ki, Qaşim Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.