Azərbaycan şahmatçıları noyabrın 12-də İtaliyanın Montesilvano şəhərində start götürəcək 14, 16 və 18 yaşlı qız və oğlanlar arasında dünya birinciliyinə qatılacaqlar.

Rekord.az xəbər verir ki, Azərbaycanı Şiroğlan Talıbov, Aqil İsrailov, Hüseyn Seyid, Rüstəm Rüstəmov, Tunar Davudov, Ziya Həsənli, Ayan Allahverdiyeva, Səmra Qasımova, Nurtən Nuriyeva, Selcan İsmayıl, Lalə Hüseynova təmsil edəcək.

Komandaya məşqçi Fərid Abbasov rəhbərlik edir.

Noyabrın 25-də başa çatacaq yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.