
Azərbaycan şahmatçıları beynəlxalq turnirində iştirak edəcəklər
- 03 Sen 2025 19:40
- 37
Azərbaycan şahmatçıları Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq "Grand Swiss 2025" beynəlxalq turnirində iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, ölkəmizi mötəbər yarışda Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcəklər.
Sabah start götürəcək və sentyabrın 15-dək davam edəcək "Grand Swiss 2025" İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq. Yekun nəticəyə əsasən, 2 kişi və 2 qadın olmaqla 4 ən güclü şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
Qeyd edək ki, yarışın mükafat fondu 855 min ABŞ dollarıdır.