
Azərbaycan Qran-prisində ikinci günə start veriləcək
- 10:40
- 31
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.
Rekord.az xəbər verir ki, ilk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Daha sonra "Formula 2"də sprint yarışı, ardınca "Formula 1"də sıralama turu baş tutacaq.
20 sentyabr
12:30. "Formula 1": Üçüncü sərbəst yürüş
14:15. "Formula 2": Sprint yarışı
16:00. "Formula 1": Sıralama turu
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.