Azərbaycan qolfçuları Fransanın paytaxtı Parisdə keçirilmiş "Paris Invitational 2026 USKIDS" turnirində iki medal qazanıblar.


Bu barədə Rekord.az-a Azərbaycan Qolf Federasiyasından məlumat verilib.


Qrup formatında keçirilən yarışda Emin Rzayev ilə Tural Vəlizadə ikinci yeri tutaraq gümüş mükafata sahib çıxıblar.


Fərdi proqramda isə Emin Rzayev bürünc medal qazanıb.