Azərbaycan oxatanlarından Belarusda iki medal
- 18:20
- 25
Azərbaycan təmsilçiləri Belarusun Brest şəhərində keçirilmiş P.İ.Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnirdə iki medal qazanıblar.
Bu barədə Rekord.az-a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.
Fatimə Hüseynli U-21 kateqoriyasının fərdi yarış növündə 622 təsnifat xalı toplayaraq gümüş medal qazanıb.
Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət heyət qızların komanda yarışında bürünc medala sahib olublar.