Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir.

Rekord.az xəbər verir ki, beynəlxalq yarışlardan təcrid olunmuş Rusiya yığması uzun fasilədən sonra yoxlama matçına çıxıb və Tacikistanla səfərdə qolsuz heç-heçə edib.

İspaniya yığması İordaniya üzərində inamlı qələbəyə sevinibsə, Portuqaliya Nigeriya seçməsini 4 cavabsız qolla yenib. 

Noyabrın 20-də Azərbaycan milli komandasını qəbul edəcək Şimali Makedoniya yığması isə Finlandiya ilə qarşılaşıb. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi bu oyunda qalib müəyyənləşməyib.

Yoxlama oyunları
17 noyabr

Peru – Paraqvay 1:0
Nikaraqua – El Salvador 1:0
Qana – İsveçrə 2:0
Anqola – Botsvana 1:0
Yaponiya – Kanada 1:2
Tacikistan – Rusiya 0:0
İordaniya – İspaniya 1:3
Mərakeş – Gürcüstan 3:0
Ruanda – Sudan 0:0
Suriya – Belarus 0:1
Rumıniya – Sloveniya
Qvineya-Bisau – Qabon 1:3
Malta – Yunanıstan 2:2
Monteneqro – Slovakiya 2:2
Şimali Makedoniya – Finlandiya 1:1
İsrail – Zambiya 4:2
CAR – Mozambik 2:1
Portuqaliya – Nigeriya 4:0
Lüksemburq – Macarıstan 2:2
İrlandiya – Norveç 1:2