Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, Türkiyənin "Vanspor" klubu 27 yaşlı yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb.


Oyunçu ilə 2 illik müqavilə imzalanıb.


Xatırladaq ki, Ozan Can Kökçü son olaraq Niderlandda "Volendam"ın formasını geyinib. "Vanspor" Türkiyə 1-ci Liqasında mübarizə aparır.