Atletika üzrə Azərbaycan millisinin üzvlərinin növbəti qrupu qış mövsümündə keçiriləcək beynəlxalq yarışlara hazırlıq məqsədilə Göygöl şəhərində təlim-məşq toplanışına başlayıb.

Bu barədə Rekord.az-a Azərbaycan Atletika Federasiyasından məlumat verilib.

Hazırlıq prosesi çərçivəsində idmançılar qarşıdakı beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmaq, fiziki, texniki və funksional hazırlıqlarını daha da təkmilləşdirmək məqsədilə intensiv məşqlər keçirlər.