
Azərbaycan millisinin Slovakiya və Belarusla oyunlarının stadionu açıqlandı
- 02 Fev 2022 20:06
- 502
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında keçirəcəyi iki ev oyununun stadionu müəyyənləşib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi komanda Slovakiya və Belarus yığmalarını "Dalğa Arena"da qəbul edəcək.
Qeyd edək ki, görüşlər müvafiq olaraq, iyunun 10-da və 13-də oynanılacaq.