
Azərbaycan millisinin oyunçuları ailə həyatı qurdu
- 10:48
- 45
Azərbaycanın milli voleybolçuları ailə həyatı qurublar. "Rekord.az" xəbər verir ki, qadın voleybolçulardan ibarət yığmamızın oyunçusu Nikalina Başnakova və kişilərdən ibarət komandamızın üzvü Roman Qurskiy evləniblər.
Cütün toy mərasimi Belarusda baş tutub. Mərasimdə voleybolçularımızın ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.
Qeyd edək ki, Başnakova qadın millimizin əsas hücumçularındandır, Qurskiy isə kişi millimizin əsas oyunqurucusudur.