
Azərbaycan millisindən Ukrayna yığması ilə heç-heçə
- 09 Sen 2025 21:55
- 49
Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, D qrupunda yer almış millimiz 2-ci tur çərçivəsində Ukrayna yığmasını qəbul edib.
Azərbaycan yığmasını bu oyuna U-21 millimizin baş məşqçisi Ayxan Abbasov çıxarıb. Buna əsas millimizin baş məşqçi Fernandu Santuşun istefaya göndərilməsi səbəb olub. Komandamızın ilk turda İslandiyaya 0:5 hesablı məğlubiyyəti portuqal mütəxəssisin istefası ilə nəticələnib.
Ukrayna yığması da seçmə mərhələyə uğursuz başlayıb. Sözügedən komanda Fransa yığmasına 0:2 hesabıyla uduzub.
Bu komandalar arasında Bakıda keçirilmiş oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
DÇ-2026, seçmə mərhələ
D qrupu
9 sentyabr
Azərbaycan - Ukrayna 1:1
Qollar: Emin Mahmudov, 72-pen – Georgi Sudakov, 51.
Baş hakim: Vassilis Fotias (Yunanıstan).
Tofiq Bəhramov adına Respublika Stadionu.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı.
Baş məşqçi əvəzi: Ayxan Abbasov.
Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 6. İvan Kalyujni, 7. Vladislav Vanat, 8. Georgi Sudakov, 13. İlya Zabarnı, 14. Oleq Oçeretko, 17. Aleksandr Zinçenko, 19. Artyom Bondarenko, 20. Aleksandr Zubkov, 22. Mikola Matviyenko (k).
Ehtiyat oyunçular: 1. Goergi Buşan, 23. Dmitri Rıjnik, 3. Taras Mixavko, 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 10. Mikola Şaparenko, 11. Artyom Dovbik, 15. Boqdan Mixayliçenko, 16. Nazar Voloşin, 18. Yeqor Yarmolyuk, 21. Aleksandr Nazarenko.
Baş məşqçi: Sergey Rebrov.