
Azərbaycan millisindən Özbəkistanla heç-heçə
- 09 Okt 2025 18:40
- 41
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Rekord.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv Özbəkistanla üz-üzə gəlib.
Daşkənddəki qarşılaşma qolsuz yekunlaşıb.
U-19 bu rəqiblə ikinci matçı oktyabrın 12-də keçirəcək.