
Azərbaycan millisindən İraq yığması ilə heç-heçə
- 02 Fev 2022 20:46
- 493
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. Rekord.az xəbər verir ki, yığmamızın rəqibi İraqın U-20 millisi olub.
Oyun 2:2 hesabı ilə yekunlaşıb. Millimizin qollarını Mahmud Ağayev və Ege Bilsel vurub.