Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçilər heyəti açıqlanıb. “Rekord.az” xəbər verir ki, yığmamızın sabiq baş məşqçisi Faiq Qarayev bildirib ki, yanvarda baş tutacaq olimpiya təsnifat oyunlarında yığmamızı meydana üç mütəxəssis çıxaracaq.

Famil Ağayev, Vasif Talıbov və Eldar Yusubov komandamızın məşqçilər heyətinə salınıb. Təcrübəli mütəxəssis Faiq Qarayev isə yığmamızın məsləhətçisi təyin olunub.

Qeyd edək ki, millimiz gələn ilin yanvarında Niderlandda təşkil olunacaq olimpiya təsnifat turnirində millimiz A qrupunda çıxış edəcək. Rəqiblərimiz isə meydan sahibi ilə yanaşı, Bolqarıstan və Polşa kollektivləridir.