
Azərbaycan millisi Şimali Makedoniyaya da uduzdu
- 11 Mar 2022 20:15
- 495
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisi saat 15:00-da başlayan oyunda Şimali Makedoniyadan olan yaşıdları ilə qarşılaşıb. Oyun Şimali Makedoniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Milli komanda bundan əvvəl Albaniya yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.