Monteneqroda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.


Rekord.az xəbər verir ki, yığmamız meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.


Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 65-ci dəqiqədə Onur Əliyev vurub.