
Azərbaycan millisi Gürcüstan yığması ilə yoxlama oyunları keçirəcək
- 20:00
- 46
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 6-dan 13-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Rekord.az xəbər verir ki, U-16 hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Qarşılaşmalar sentyabrın 10-da və 12-də Bakı Olimpiya Stadionunun məşq meydançasında təşkil olunacaq. Hər iki görüş saat 17:00-da başlanacaq.
Milliyə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:
1. Bilal Hacıyev - Qarabağ
2. Cavidan Babayev - Marset (İspaniya)
3. Kamal Camalzadə - Neftçi
4. Uğur Qurbanlı - Qarabağ
5. Roman Fərzəli - Qarabağ
6. Vaqif Nəbiyev - Qarabağ
7. Nicat Əhmədzadə - Marset (İspaniya)
8. Əhəd Hacızadə - Qarabağ
9. Cəfər Cəfərzadə - Sabah
10. Rəsul Balakişiyev - Marset (İspaniya)
11. Tunar Bayramov - Qarabağ
12. Ruslan Əbilov - Sabah
13. Yusif Orucəliyev - Qarabağ
14. Nihat Hüseynzadə - Sabah
15. Ömər Kosayev - Sumqayıt
16. Ruslan Quliyev - Neftçi
17. Şikar Şikar - Neftçi
18. Vaqif Məmmədli - Sabah
19. Mehdi Hüseyn - Qarabağ
20. Furqan Musayev - Beşiktaş (Türkiyə)
21. Firdovsi Şeydayev - Sabah
22. Raul Hüseynov - Neftçi
23. Əli Bəşirov - Qarabağ