Avropa Oyunları Parkında təşkil edilmiş airbadminton üzrə Avropa çempionatına yekun vurulub.


Rekord.az xəbər verir ki, bu gün yarımfinal və final qarşılaşmaları baş tutub.


Əvvəlcə finalçılar müəyyənləşib. Yarımfinalda Bolqarıstan seçmə kollektivinə 60:43 hesabı ilə qalib gələn Azərbaycan millisi finala yüksəlib.


Komandamız həlledici qarşılaşmada Almaniya yığması ilə qarşılaşıb. Rəqibinə 49:60 hesabı ilə məğlub olan yığmamız Avropa çempionatında ikinci olub.