Azərbaycan millisi Ər-Riyada yola düşüb
- 01 Noy 2025 23:31
- 39
VI İslam Həmrəyliyi Oyunları iştirak edən qadın voleybolçulardan ibarət millimiz hazırlığı başa vurub. "Rekord.az" xəbər verir ki, komandamız bu gün yarışın təşkil olunduğu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə yola düşüb.
Yığmamız mübarizəyə noyabrın 4-də başlayacaq. Reqiblerimiz Türkiyə, İran, Tacikistan və Əfqanıstan komandaları olacaq.