Azərbaycan millisi Avropa çempionatının təsnifatında meydana çıxır
- 2021-05-07 11:50
- 796
Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində bu gün ilk oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, F qrupunda mübarizə aparan komandamız matçların keçiriləcəyi "Yeni Voleybol Arena"da hazırlıqları artıq başa vurub.
Yığmamızın ilk qarşılaşması 15:30-da Monteneqro yığmasına qarşı keçiriləcək.
Qeyd edək ki, millimizin yarışacağı qrupda həmçinin Gürcüstan və Yunanıstan kollektivləri də yer alıblar.