Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, qrupun son oyununda Estoniya yığması ilə qarşılaşan millimiz 4:3 hesablı qələbə qazanıb.

Avtoqolun qeydə alındığı oyunda Azərbaycan yığmasının digər qollarını Elçin Qasımov, Orxan Məmmədov və Sabir Allahquliyev vurub. Növbəti mərhələyə vəsiqə qazanan milli seçmə mərhələnin 1/4 finalında, iyunun 25-də A qrupunun qalibi ilə üz-üzə gələcək.

A qrupunun qalibi bu axşam keçiriləcək Ukrayna – Portuqaliya oyunundan sonra məlum olacaq.