Azərbaycanın cüdo üzrə milli komandalarına yeni məşqçilər təyin olunub.


Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.


Bildirilib ki, ACF istedadlı idmançıların peşəkar inkişafını dəstəkləmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və fiziki hərəkətlərin icrasında texniki düzgünlüyü artırmaq məqsədilə məşqçilər heyətinin gücləndirilməsi barədə qərar qəbul edib.


Qərara əsasən, Orxan Səfərov yeniyetmə oğlanlardan ibarət, Tərlan Kərimov isə yeniyetmə qızlardan ibarət yığmanın məşqçisi vəzifəsinə təyin olunub.


Hər iki mütəxəssis idmançı karyerasını başa vurduqdan sonra ACF-nin dəstəyi ilə peşəkar bilik və bacarıqlarını artırıb, Beynəlxalq Cüdo Federasiyasının Akademiyasını (IJF Academy) uğurla tamamlayıblar.