2022-23-cü il mövsümü ölkə kubokunun finalı yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilə bilər.

Rekord.az-a daxil olan məlumata görə, PFL hələlik finalın məkanını açıqlamağa tələsməsə də, Sumqayıt variantı ən real olanlardandır.

Arenanın yeniliyi, müasirliyi, üstəlik, "Sumqayıt"ın da kubok mübarizəsindən kənar qalması Sumqayıt stadionu üçün "yaşıl işıq" yandırır. Qeyri-adi nə isə baş verməsə, böyük ehtimalla final Sumqayıtda olacaq.