
Azərbaycan kubokunda 1/4 final mərhələsi rəqəmlərin gözü ilə
- 28 Yan 2022 23:07
- 533
2021/22 mövsümünün ikinci yarısı futbol üzrə Azərbaycan kubokunun oyunları ilə start götürəcək.
Rekord.az xəbər verir ki, 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində baş tutacaq 4 matç fevralın əvvəlində baş tutacaq.
Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin əvvəlki kubok oyunlarının balansını təqdim edib.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
1 fevral
8. "Qarabağ" – "Keşlə" – 11 oyun, +7=2-2, top fərqi 15-7
7-ci dəfə yolları kəsişən rəqiblər 6 duel çərçivəsində 11 oyunda üz-üzə gəlib. Son 4 qarşıdurmadan qalib ayrılan “Qarabağ” 7 oyundur uduzmur. “Keşlə” sonuncu dəfə 14 il əvvəl qalib gəlib.
2004/05, 1/8 final, Qarabağ (Ağdam) - İnter (Bakı) 1:0, 0:2
2007/08, 1/4 final, Qarabağ (Ağdam) - İnter (Bakı) 2:2, 0:1
2008/09, final, İnter (Bakı) - Qarabağ (Ağdam) 0:1
2015/16, 1/2 final, İnter (Bakı) - Qarabağ (Ağdam) 0:4, 0:1
2018/19, 1/4 final, Qarabağ (Ağdam) – Keşlə 1:0, 1:1
2019/20, 1/4 final, Qarabağ (Ağdam) - Keşlə (Bakı) 1:0, 3:1
6. "Neftçi" – "Sabah" – indiyədək qarşılaşmayıblar
2 fevral
5. "Zirə" – "Səbail" – 4 oyun, +3=1-0, top fərqi 5-2
Hər iki dueldə mərhələni “Zirə” adlayıb. “Səbail” qələbə qazanmayıb.
2018/19, 1/4 final, Zirə (Bakı) - Səbail (Bakı) 1:0, 3:2
2019/20, 1/4 final, Səbail (Bakı) - Zirə (Bakı) 0:0, 0:1
7. "Sumqayıt" – "Qəbələ" – 1 oyun, +0=0-1, top fərqi 0-1
İndiyədək yalnız bir dəfə üz-üzə gələn rəqiblər 3 il əvvəl finalda görüşüb. Həmin matçda “Qəbələ” bir qolla qalib gəlib.
2018/19, final, Qəbələ – Sumqayıt 1:0