
Azərbaycan komandaları Atatürk Kuboku yarışında iştirak ediblər FOTOLAR
- 21 Noy 2022 14:45
- 389
Türkiyənin Aydın şəhərinin Kuşadası ilçəsində Beynəlxalq Atatürk Kuboku keçirilib.
Rekord.az xəbər verir ki, 7-ci dəfə təşkil olunan turnir 2 mərhələdən ibarət olub.
50 komanda və təxminən 730 futbolçunun qatıldığı yarışda Azərbaycanı Azər Cabbarovun rəhbərliyi altında "Zəngəzur" Futbol Klubunun yetirmələri - U-12, U-11 və U-10 komandası təmsil ediblər. Onlar hər 3 yaş qrupunda 2 mərhələdə əzmkarlıq göstərərək turnirin ən seçilən komandaları sırasında yer alıblar.
"Zəngəzur"un yetirmələri hər 2 mərhələnin "Qızıl qrup"unda 2-ci (U-11), 3-cü (U-10) və 4-cü (U-12) yerləri tutublar.