Azərbaycan klublarının Çempionlar Liqasındakı rəqibləri bəlli oldu
- 15 İyl 2026 14:43
- 214
Voleybol üzrə Avropa kuboklarının 2026/2027 illər mövsümü üçün püşkatma mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, Lüksemburqda təşkil olunan püşkatma nəticəsində Azərbaycanın Çempionlar Liqasında çıxış edəcək komandalarının da rəqibləri bəlli olub.
Ölkəmizi qadınların yarışında
təmsil edəcək "Turan" klubu mübarizəyə təsnifat mərhələsindən
başlayacaq. Komandamızın bu mərhələdəki rəqibi Xorvatiyanin "Mladost
Zagreb" klubu olub. tovuz təmsilçisi bu raundu keçəcəyi təqdirdə üçüncü raundda "Ok Herceg Novi" (Monteneqro) və "Maritza Plovdiv" (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Kişilərdən ibarət "Xilasedici" klubunun isə bəxti
üzünə gülüb. Belə ki, komanda sayına görə bir klub ilk raundda
oynamadan ikinci raunda yüksəlir. Püşkün nəticəsinə görə bu komanda
Azərbaycan çempionu "Xilasedici" olub. Komanda bu mərhələdə isə Potuqaliyanın "Sporting CP LISBOA" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, bu mərhələdə birinci raundun oyunlar 20-22 oktyabrda, cavab qarşılaşmaları isə 27-29 oktyabrda keçiriləcək. "Turan" ilk oyununu evdə keçirəcək.