Yeniyetmə karateçimiz Nəsimi Musayev Birləşmiş Ərəb Əmirliklərinin Fujayra şəhərində keçirilmiş Liqa yarışlarında qızıl medal qazanıb.

Rekord.az xəbər verir ki, təmsilçimiz -70 kq. çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib.

Xatırladaq ki, buna qədər 2 idmançımız Fərid Hacızadə 55 kq. çəki dərəcəsində gümüş, Gülay Orucova isə 59 kq.da qızıl medala yiyələnmişdi.

Qeyd edək ki, Fujayra şəhərində keçirilmiş yarışda 76 ölkədən 1856 karateçi mübarizə aparıb.