Azərbaycan-İspaniya oyununun statistikası
- 00:39
- 36
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avropa çempionatında növbəti qələbəsini qazanıb. "Rekord.az" xəbər verir ki, Bakının ev sahibliyi etdiyi C qrupu çərçivəsində millimiz İspaniya ilə qarşılaşıb.
Oyun yığmamızın üstünlüyü ilə keçib. Faiq Qarayevin yetirmələri bu görüşdə 3:0 hesabı ilə inamlı qələbə qazanıblar.
Qarşılaşmanın ən məhsuldar oyunçusu hücumçumuz Yelizaveta Ruban olub. O, rəqibi 20 dəfə məyus edib. Komandamızdan Polina Rəhimova 14, Ayşən Abduləzimova 7, Marqarita Stepanenko 7, Kristina Besman 5, Mariya Kirilyuk 4 xal qazanıblar.