Bədii gimnastika üzrə Azərbaycan millisi Rumıniyanın Ployeşti şəhərində keçiriləcək 23-cü “Irina Deleanu Cup” beynəlxalq turnirində iştirak edəcək.

Rekord.az xəbər verir ki, böyüklər arasında İlona Zeynalova, Mədinə Dəmirova, gənclər arasında Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova bacarıqlarını göstərməyə çalışacaqlar.

Yarış fevralın 23-25-də baş tutacaq.