Bədii gimnastika üzrə Azərbaycan millisi “LUXGR Cup 2024” beynəlxalq turnirində iştirak etmək üçün Lüksemburqa yollanıb.

Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma yarışa 6 idmançı ilə gedib.

Onlardan Fidan Qurbanlı, Dəniz Abdullazadə, Sofiya Məmmədova, Nəzrin Abdullayeva gənclər, Kamilla Seyidzadə və Mədinə Dəmirova isə böyüklər arasında mübarizə aparacaqlar.

Beynəlxalq turnir fevralın 9-11-i aralığında keçiriləcək.