Azərbaycan gimnastı Dünya Kuboku seriyasının qalibi olub
- 14:00
- 34
Tamblinq üzrə Azərbaycan millisinin üzvü Mixail Malkin Dünya Kuboku seriyasının qalibi olub.
Bu barədə Rekord.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
İdmançı mövsüm ərzində keçirilən Dünya Kuboku yarışlarında nümayiş etdirdiyi yüksək və stabil nəticələr sayəsində bu uğura imza atıb.